Bakının Binəqədi rayonu, Əhməd Rəcəbli və S.S.Axundov küçələrinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Bakuplus.az məlumat verir.
Əsk istiqamətdə hərəkət edən “Toyota Prius” markalı avtomobil “Hyundai” markalı maşınla toqquşub. Hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.