Bakının Xəzər rayonu, Binə qəsəbəsinin Donuzçuluq sovxozunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
35 yaşlı Ramin Məmmədov yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbi məlum deyil.
Hazırda faktla bağlı araşdırma aparılır.