Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
72 yaşlı Əsmə Vahabova avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.