Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində avtoqəza baş verib. Bu haqda bu gün, 17 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
35 yaşlı Nahidə Hüseynova yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.