Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində məktəb müəllimi şagirdə qarşı əxlaqsızlıq edib. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Bədən tərbiyəsi müəllimi, 56 yaşlı Mikayıl Abbasov (ad və soyad şərtidir) 15 yaşlı oğlan yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilib.
15 yaşlı oğlanın anasının sözlərinə görə, Mikayıl onların evlərinin yaxınlığında yaşayır. Bir neçə dəfə anası işdə olanda Mikayıl onun oğlunu hazırlığa aparıb. Sonuncu dəfə oğlunun hərarəti olub və Mikayıl bu səbəbdən evdə yeniyetmə ilə qalıb. Anası işdən gəldikdə oğlu Fuad (ad şərtidir) Mikayılın ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib.
Mikayıl Abbasov isə Fuadın temperaturunu ölçmək məqsədilə onu soyundurduğunu deyib. O, yeniyetmə ilə hər hansı seksual xarakterli hərəkət etmədiyini qeyd edib.
Məsələ məhkəməyə çatıb və 56 yaşlı müəllim 2 il müddətinə azadlıqdan məhrum edilib.