Bakının Xəzər rayonu, Binə qəsəbəsində mağazaya basqın olub. Bu haqda bu gün, 13 fevral tarixində Lent.az məlumat verib.
Qəsəbə ərazisində yerləşən mağazaların birinə girən naməlum şəxs satıcı işləyən 20 yaşlı Aydın Əliyevi bıçaqla hədələyərək pul tələb edib.
Quldur vitrini sındıraraq əlinə keçənləri götürüb və hadisə yerini tərk edib.
Hadisə ilə bağlı araşdırma aparılır.