Biznesmenin bağ evində mühafizəçi vəfat edib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hadisə Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən Rəşad Kəsəmənskiyə məxsus bağ evində baş verib. Orada mühafizəçi kimi işləyən Şuşa sakini Samir Muradov iş otağında dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.
Faktla bağlı Prokurorluqda araşdırma aparılır.