Nəsimi rayonunda mopedin avtomobillə toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Bu haqda APA 23 iyun tarixində məlumat verir.
Yol-nəqliyyat hadisəsi Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb. 38 yaşlı Yeganə Babayevanın idarə etdiyi “BMW” markalı avtomobil Kamran Səmədovun idarə etdiyi mopedlə toqquşub. Nəticədə 28 yaşlı moped sürücüsü hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.