Bakının Xətai rayonunda yerləşən “BTB Bank”ın filialından külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 5 aprel tarixində Qafqazinfo məlumat verib.
Verilən məlumata görə, seyfdə olan vəsait (316.000 manat və 32.000 dollar) depozit qismində saxlanılıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər. Araşdırma aparılır.