Paytaxtın Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində bir nəfər dənizə düşüb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
100 metr aralıda, nəzarətsiz ərazidə olan şəxs FHN-nin əməkdaşları tərəfindən xilas edilərək, aidiyyəti üzrə təhvil verilib.
Təfərrüatlar araşdırılır.