Bakı bulvarında qadın dənizə yıxılıb. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Gecə saatlarında naməlum qadın batma təhlükəsi ilə üzləşib. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları onu xilas etməyi bacarıblar.
Faktla bağlı araşdırma aparılır.