Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində sərnişinlər sürücüdən oğurluq ediblər. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Buzovna qəsəbə sakini Elxan və Bəxtiyar Bəxtiyarlı qardaşları sənişin kimi oturduqları “Toyota” markalı avtomobilin sürücüsünü döyərək, onun mobil telefonunu oğurlamaqda, eləcə də nəqliyyat vasitəsinə 2000 AZN-lik zərər verməkdə şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.