Bakının Xəzər rayonu, Buzovna-Şüvəlan şosesində yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yanıb. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az məlumat verir.
Dekabrın 27-si axşam saatlarında “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub. “Mercedes” zərbə nəticəsində alışıb. Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. “KamAZ” yanğından mühafizə olunub və hadisə yerindən evakuator vasitəsilə götürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
[video width="352" height="640" mp4="https://bakuplus.az/storage/photos/2022/12/baku.mp4"][/video]