Bakının Xəzər rayonu, Buzovna-Zuğulba yolunda 15 yanvar tarixində xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, yanvarın 16-da Bakuplus.az məlumat verir.
Şahidlərin sözlərinə görə, “BMW” markalı avtomobilin sürücüsü sürət həddini aşaraq “Toyota Camry” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_86954" align="alignnone" width="640"]
Foto Bakuplus.azFoto Bakuplus.az[/caption]