top
Buzovnada baş verən amansız qətlin təfərrüatları məlum olub
30 noyabr 2022, 07:12
- ↺ +

Buzovnada baş verən amansız qətlin təfərrüatları məlum olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər rayonu, Buzovna qəsəbəsində ötən axşam ailəyə silahlı basqın nəticəsində 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə bağlı təfərrüatlar məlum olub. Bu haqda bu gün, 30 noyabr tarixində Qafqazinfo məlumat verib.

Verilən məlumata görə, iki həftə əvvəl 83 yaşlı Elbrus Muradovun mənzilindən 10 min manata yaxın pul oğurlanıb. Bununla bağlı ailə polisə müraciət edib, araşdırmalar başlayıb.

29 noyabr tarixində isə naməlum şəxs həmin evin qapısını döyüb. Qapını ev sahibi Elbrus Muradov açan kimi, həmin şəxs ona kəsici alətlə hücum edib, Muradovun baş və boyun nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək onu qətlə yetirib.

Mənzilə daxil olaraq həmin şəxs onun ikinci qrup əlil olan oğlu Rahil Muradova zərbələr endirib və boğaz nahiyəsinə öldürücü xəsarətlər yetirib.

Mənzilin digər otağında olan yataq xəstəsi, Elbrus Muradovun həyat yoldaşı, 77 yaşlı Şahirə Muradovaya da çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirən şəxs onun da öldüyünü düşünərək evdən çıxıb. Həmin zaman o, cütlüyün yaxınlıqda yaşayan nəvəsi Elbrus Ağalarovla qarşılaşıb və ona baş və boyun nahiyəsindən çoxsaylı xəsarətlər yetirib.

Sağ qalan Elbrus Ağalarov bildirib ki, həmin şəxs maskalı idi: “Mən həyətə daxil olanda babamın qan içində yerdə qaldığını gördüm, həmin vaxt maskalı şəxs evdən çıxırdı. Hündür, yekəpər bir insan idi, mənə hücum edərək vurmağa başladı. Ona dedim ki, “sənin arxanca düşməyəcəyəm, qoy nənəmə-babama kömək edim”. Məni buraxıb qaçdı. Tez evə daxil oldum, hamının qan içində qaldığını görüb qonşulardan kömək istədim. Xahiş edirəm, həmin adam tezliklə tutulsun”.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən və nisbətən yüngül xəsarətlərlə evə buraxılan 25 yaşlı Elbrus bildirib ki, həmin şəxsin özü ilə hər hansı əşya aparmasını xatırlamır.

Baş verənlərdən danışan qonşular bildiriblər ki, Elbrus Muradov və ailəsi çox sakit, mədəni, ünsiyyətcil insanlar idilər. Onlar yaşadıqları ərazidə artıq oğurluq hallarının baş verdiyini və cinayətin tamah və ya 2 həftə əvvəl törədilmiş oğurluqla bağlı ola biləcəyi fikrini irəli sürürlər.

Son xəbərlər

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
05 noyabr 2026, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
05 noyabr 2026, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
05 noyabr 2026, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
05 noyabr 2026, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
05 noyabr 2026, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
05 noyabr 2026, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər