Bakının Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə iki nəfər batıb. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Verilən məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralıda, nəzarətsiz ərazidə baş verib.
Axtarış əməliyyatı davam edir.