Xəzər rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Buzovna qəsəbəsində baş verib. 2 avtomobilin toqquşması nəticəsində sərnişin, 41 yaşlı Radmila İsmayılova xəsarət alıb. O, Təcili Tibbi Yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.