Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 29 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yerinə FHN-in minatəmizləmə qrupu cəlb olunub.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə yararlı “F-1” əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün ərazidən çıxarılıb.
Növbəti baxış zamanı hadisə yerində və ya onun bilavasitə yaxınlığında başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.