Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində oğurluq hadisəsi olub. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, iaşə obyektindən 500 manat dəyərində dondurma oğurlanıb. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakini Fərid Məlikov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.