Paytaxtın Nəsimi rayonunun Cavadxan küçəsində zəncirvari qəza baş verib. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Prius” markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkət edən “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub. Sonuncu isə yolun kənarında dayanan “Mercedes” markalı mikroavtobusa çarpılıb. Nəticədə 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam edir.
[URIS id=88158]