Bakı sakini 10.000 AZN-lik dələduzluq edib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Abiyev müxtəlif şəxslərin dayandırılan təqaüdlərini bərpa etməsini vəd edərək onlardan ümumilikdə 10.200 AZN alıb.
Keçirilən əməliyyat nəticəsində F.Abiyev Salyan rayonunda saxlanılıb. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Salyan RPŞ-nə məlumat vermələri xahiş olunur.