Bakıda dənizdə 1 nəfər batmaqdan xilas olunub. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Mərdəkan çimərliyi ərazisində bir nəfər qəfil boğulmağa başlayıb. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları batan şəxsi xilas etməyi bacarıblar.