Dənizdə batmaqda olan 3 nəfər xilas olunub. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
“Qızılqum” çimərliyinin ərazisində ata və oğulları batma təhlükəsi ilə üzləşiblər. 48 yaşlı Avtandil Camalov, 19 yaşlı Tural Camalov və 17 yaşlı Vüsal Camalov qəflətən boğulmağa başlayıblar. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları həmin şəxsləri xilas etməyi bacarıblar. Onlar həkim briqadasına təhvil veriliblər.