Dövlət Yol Polisi (DYP) regionlardan Bakıya gələnlərə xəbərdarlıq edib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Qurban bayramı ilə əlaqədar regionlara səfər edən şəxslər paytaxta geri qayıtdıqları üçün, yollarda sıxlıq yarana bilər. Bu səbəbdən sürücülərdən yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinmələri və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamaları xahiş olunur.
Həmçinin nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağın, yol və hava şəraitini düzgün qiymətləndirməyin vacibliyi qeyd edilir.
Hərəkət iştirakçıları DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər.