Bakıda Qaradağ rayonunda fəhlə ölüb. Bu haqda 3 noyabr tarixində Report xəbər verib.
Noyabrın 2-si Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 35 yaşlı Cəmaləddin Zeynalov faciəvi şəkildə iş yerində ölüb. Prokurorluğun apardığı araşdırma nəticəsində məlub olub ki, Zeynalov hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq təkər altında qalıb.
Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb.