Bakının Xəzər rayonu, “Dalğa Beach” istirahət mərkəzində dava baş verib. Bu haqda bu gün, 5 avqust tarixində Lent.az məlumat verib.
Azərbaycan Tibb Universitetinin 27 yaşlı tələbəsi, İraq vətəndaşı Hussein Kamil Qumar 45 yaşlı Türkiyə vətəndaşı Fuad Böyük Limat tərəfindən döyülüb.
Faktla bağlı iraqlı tələbə polisə müraciət edib. Hazırda Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.