Avtoqəzada xəsarət alanlar Bakıya təxliyə olunublar. Bu haqda bu gün, 23 mart tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva ailələrinin yazılı iltizamnaməsi əsasında Bakıda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar. Onlar Sumqayıt Tibb Mərkəzindən bura gətiriliblər.
22 mart tarixində Abşeron rayonunda televiziya prodüseri, rejissor Oqtay Əliyev avtoqəzaya düşüb. Nəticədə mədəniyyət işçisi hadisə yerində dünyasını dəyişib. Sərnişinlər Mehriban Zəki və Dilarə Əliyeva xəsarət alıblar.