Bakıdakı məşhur restoranla bağlı protokol tərtib edilib. Bu haqda 8 iyul tarixində Qafqazinfo məlumat verib.
Qaradağ rayonu ərazisində yerləşən “Eldorado Fish House” restoranı çirkab suları dənizə axıtdığına görə cərimələnib. Məlum olub ki, restoranın çirkab suları təmizlənmədən dənizə ötürülür.
Bu səbəbdən restoranın inzibatçısı Ə.Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin “Su obyektlərinin mühafizəsi qaydalarının pozulması” maddəsi ilə protokol tərtib edilib.