Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaşlı kişiyə köməklik edib. Bu haqda 23 iyul tarixində FHN xəbər verib.
Yasamal rayonunda 70 yaşlı kişini xəstəxanaya aparmaq üçün həkim briqadasına müvafiq köməkliyin göstərilməsi zərurəti yaranıb. Bununla əlaqədər FHN-in əməkdaşları onu 3-cü mərtəbədən düşürüb və tibbi yardım avtomobilinə mindirərək həkim briqadasına təhvil verib.