Bakının Yasamal rayonu ərazisində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, aprelin 18-də evdən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlanıb. Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb, istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Tağıyeva oğurluq əməlini törədərkən tutulacağını güman etməyib. "Fikirləşdim ki, bayrama düşür, polis axtarmayacaq", - deyə qadın etiraf edib. O, polisə ifadəsində bağışlanmasını xahiş edib.