Frankfurt-Almatı-Astana reysi ilə uçan təyyarə Bakıya eniş edib. Bu barədə BakuPlus.az Apa-ya istinadən istinadən bu gün, 4 yanvar tarixində xəbər verir.
Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”-nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
Göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.
Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.