Səbail rayonunda evin damı uçub. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Güclü külək səbəbindən rayonun Əli Nəzmi küçəsi, 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damı uçub. Nəticədə ev sahibləri – 52 yaşlı Gülbən Həsənova və onun oğlu, 22 yaşlı Murad Əmiraslanov xəsarət alıblar.
Hadisə yerinə Təcili Tİbbi Yardım briqadası cəlb olunub.