Bakının Suraxanı rayonu, Günəşli qəsəbəsində piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 yanvar tarixində Report məlumat verib.
18 yaşlı Fatimə Süleymanova yolu keçmək istəyərkən onu avtomobil vurub. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.