Bakıdakı gözəllik salonunda arvadını qətlə yetirən kişinin şəxsiyyəti məlum olub. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Cenublu.az-a istinadən məlumat verir.
Aygün Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən İsrafil Yusifovun Lənkəranda yerləşən “Bazarstore”un müdiri olduğu bildirilir. Onun Lənkəran rayonunun Liman şəhərində yaşadığı qeyd olunur. Əslən Tovuz rayonundandır. Onların iki övladı - bir oğlan və bir qızı var. Bildirilir ki, arvadı onun xalası qızı olub.
Verilən məlumata görə, bir müddət əvvəl Yusifova həyat yoldaşı ilə ayrılaraq Bakıda yaşamağa başlayıb. O, həmin gözəllik salonunda dırnaq ustası kimi işləyirdi.
İddialara görə, qətlin səbəbi Aygün Yusifovanın məhkəməyə müraciət edərək həyat yoldaşından boşanmaq istəməsi olub.