top
Gözəllik salonunun administratoru işçini döyərək ona xəsarət yetirib
08 iyul 2022, 07:50
- ↺ +

Gözəllik salonunun administratoru işçini döyərək ona xəsarət yetirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda gözəllik salonunda dava baş verib. Bu haqda 8 iyul tarixində Kriminalqafqaz məlumat verib.

Bu il “Javaline Studio” adlı gözəllik və sağlamlıq mərkəzinin administratoru Aydan Quliyeva (şərti) salonda çalışan usta Leyla Hüseynovanı (şərti) döyüb. Faktla bağlı Nəsimi Rayon Məhkəməsində cinayət işi açılıb.

Məhkəmədə Aydan Quliyeva ifadə verib:

“Bir gün o, işə gecikdi və mən də müdiriyyətin tapşırığına əsasən, 10 manat məbləğində cərimə yazdım. Bundan sonra o, mənə qarşı ədavətli davranmağa başladı. Hər dəfə qıcıqlandırıcı sözlər deyirdi. Hadisə baş verən gün mən masaj otağına girdim və gördüm ki, Leyla da oradadır. Mən də ondan soruşdum ki, niyə mənə qarşı belə davranır. Bu zaman o, nalayiq ifadələr işlətdi. Bundan sonra aramızda qalmaqal düşdü. Mən onun boğazından tutaraq belə sözlər deməməsini tələb etsəm də, o davam etdi”.

Həmçinin zərərəkmiş məhkəmədə dindirilib:

“Aydan Quliyeva mütəmadi olaraq məndə iradlar tuturdu, nalayiq ifadələr işlədirdi. Masaj otağında ikimiz tək olmuşuq. Aydan ora girərkən mən çıxmaq istəsəm də, o saçımdan tutaraq yoldu. Daha sonra sərt şəkildə boğazımdan tutub boğdu. Bədənimin müxtəlif hissələrinə xəsarətlər yetirdi”.

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Aydan Quliyeva CM-in “Qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 15:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Bu gün, 15:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Bu gün, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Bu gün, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Bu gün, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Oxşar xəbərlər