Bakının Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasında ötən axşam yanğın olub. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Ərazidə şəraitin ilkin qiymətləndirilməsi zamanı binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində elektrik sayğacları və kabellərdə yanğın baş verdiyi müəyyən olunub.
Yanğın söndürülüb, mənzillər alovdan mühafizə olunub. Əməliyyat zamanı qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 nəfər vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.