Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində 2 il əvvəl baş vermiş qətlin üstü açılıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev 11 oktyabr 2020-ci ildə Rüstəm Bayramovu daşla öldürüblər.
Şübhəli şəxslər saxlanılıblar, həmçinin onların üzərindən narkotik maddə də aşkar olunub.