Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində quldurluq əməlini törətməkdə şubhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 iyul tarixində Modern.az məlumat verir.
Hadisə 16 iyun tarixində baş verib. Bakı şəhər sakini M.Quliyevin idarə etdiyi “AzSamand” markalı avtomobildə sərnişin kimi əyləşən naməlum şəxs onu bıçaqla hədələyərək pulunu və mobil telefonunu əlindən alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş V.Əlizadə şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.