Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə Bağlar massivində yerləşən “Antalya” kafesində qeydə alınıb. H.Qaçayevin və Ş.Hüseynovun arasında mübahisə yaranıb. Nəticədə H.Qaçayev sonuncunun çənəsinə yumruqla zərbə vurub, daha sonra isə bıçaqla onun sol kürək nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı cinayət işi açılıb, H. Qaçayev saxlanılıb.