Paytaxtın Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından pul oğurlanıb. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ərəstun Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.