Bakının Suraxanı rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil eyni markalı digər avtomobillə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Xəsarət alanların olub-olmadığı barədə məlumat yoxdur.
Görüntüləri təqdim edirik: