22 yanvar tarixində “Araz” supermarketləri şəbəkəsinin Bakıdakı mağazasında "ət və ət məhsulları" festivalı keçiriləcək. Bu haqda BakuPlus 19 yanvar tarixində xəbər verir.
Saat 16:00-dan 19:00-a qədər Hövsan Superstore-da festival çərçivəsində tədbir keçiriləcək.
Tədbirdə:
- hədiyyəli müsabiqələr
- müxtəlif növ dadlı ətlərin dequstasiyası
- məşhur influenserlər tərəfindən master-klaslar olacaq.
Hövsan Superstore mağazası Suraxanı rayonu, Elçin Məmmədov 5k ünvanında yerləşir.