Bakıda avtobusda halı pisləşən sərnişin dünyasını dəyişib. Bu haqda BakuPlus.az BizimMedia.az-a istinadən bu gün, 5 aprel tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində 1 saylı marşrut avtobusunda olan 71 yaşlı Fazil Xasayevin qəfildən halı pisləşib. Şəkər xəstəliyindən əziyyət çəkən F.Xasayev avtobusda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.