Maştağa qəsəbəsində, Zabrat hava limanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 8 dekabr tarixində xəbər verir.
“Ayşən LTD” MMC-nin istismarında olan 172 nömrəli marşrutda işləyən 90-JF-715 dövlət nömrə nişanlı avtobus qəzaya uğrayıb.
Daşıyıcının verdiyi məlumata görə, qəza minik avtomobilinin qəflətən geri dönmə manevri etməsi nəticəsində baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmayıb.