Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda APA 7 fevral tarixində xəbər verib.
Heydər Əliyev prospektində, "Yeni Klinika"nın qarşısında paytaxt sakini Elşad Şirinov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.