Nizami rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb. Bu haqda 13 dekabr tarixində Report xəbər verib.
Heydər Əliyev prospektində dekabrın 11-də Qax rayon sakini Elnur Hacıxanov yolu keçən zaman “Hyundai” markalı avtomobil tərəfindən vurulub. O, hadisə yerində ölüb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qasımlı saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.