Paytaxtın Xətai rayonu, şəhid Elvin Şükürlü adını daşıyan küçənin təmiri yarımçıq qalıb. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az Xəzər Xəbərə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, küçəyə asfalt çəkməyə başlayıblar, ancaq təmir sona çatmadan dayandırılıb. Burada yayda tozdan, qışda isə palçıqdan hərəkət etmək mümkün deyil. Sakinlər məsələni özləri həll etmək istəsələr də, bu maddi cəhətdən baha başa gəlib.
“2 ildir bizi aldada-aldada dururlar. Əsas yola yaxın ərazini asfaltlayırlar, digər tərəfinə isə dəymirlər. Pul yığıb çınqıl tökməyə məcbur oluruq”, - deyə onlar bildirirlər.
Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, küçə 15 gün ərzində asfaltlanacaq.