Paytaxtda sürücü avtomobillə piyadanı vurub öldürərək qaçıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakıxanov qəsəbəsi ərazisində “Renault” markalı avtomobil yolu keçən 64 yaşlı Simuzər Məlikovanı vurub. Daha sonra sürücü hadisə yerindən qaçıb. Piyada isə yerindəcə dünyasını dəyişib.
Daha bir avtoqəza isə Sabunçu qəsəbəsində baş verib. 67 yaşlı Elyaz İsmayılovu avtomobil vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Hər 2 faktla bağlı araşdırma aparılır