Suraxanı rayonunda yanacaqdoldurma məntəqəsinə ödəniş etmək istəməyən şəxs saxlanılıb. Bu haqda 7 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində “Chevrolet” markalı avtomobilin sürücüsü yanacaq doldurduqdan sonra 48 manat pulu ödəmədən gedib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törədən Bakı şəhər sakini T.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.