Paytaxtın Yasamal rayonu, kənar dairəvi yolda avtoqəza baş verib. Bu haqda bu gün, 15 aprel tarxində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
“Lada” markalı avtomobil eyni istiqamətdə hərəkət edən “Hyundai” markalı nəqliyyat vasitəsinə arxadan çarpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
[video width="720" height="1282" mp4="https://bakuplus.az/storage/photos/2023/04/a5491fc329b023cb523131a01561a6ab_video_dashinit.mp4"][/video]